Cümə, 26-Apr-24, 02.14.57

Siz daxil oldunuz Qonaq | Qruppa "Qonaqlar"Sizi salamlayıram Qonaq | RSS
SALYAN

Əsas səhifə | Dini məlumatlar və şəxsiyyətlər - Forum | Mənim profilim | Qeydiyyat | Çıxış | Giriş

[ Yeni mesajlar · İstifadəçilər · Forumun qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: teacher  
Forum » SALAYN FORUM » Dinimiz İslam » Dini məlumatlar və şəxsiyyətlər (Ya Əli!, Onun haqdabildiklərimiz..)
Dini məlumatlar və şəxsiyyətlər
RDVBTarix: Cümə, 15-Okt-10, 22.56.41 | Mesaj # 1
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
Adı: Əli
Ləqəbi: Əmirəl-möminin
Künyəsi: Əbül-Həsən
Doğulduğu tarix: 600-cü il
Xəlifəlik müddəti: 5 il
Ömrü: 63 il
Şəhid olma tarixi: 662-ci il
Məzarı: İraq,Nəcəf şəhəri

Hicrətdən,yəni Həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s) Məkkə şəhərindən Mədinəyə köçməsindən 23 il əvvəl, cümə günü,Rəcəb ayının 13-də Peyğəmbərimizin əmisi Əbu Talibin ailəsində bir oölan uşağı dünyaya gəlir.Rəvayətlərin birində bu uşağın dünyaya gəlişi belə açıqlanır:Fatimə bint Əsəd hamiləliyinin son dövründə Kəbə Evinə yaxınlaşıb ,Allaha bu sözlərlə müraciət edir:
Allahım!Sənə iman gətirdim!Peyğəmbərlərinə və kitablarına iman gətirdim.Əcdadım İbrahimin sözlərini təsdiqləyirəm ki, o Sənin əmrinlə bu ibadətgahın əsasını qoyub...Ya Rəbbim! İbrahimin və bətnimdə daşıdığım bu bu körpənin xatirinə doğuşumu yüngülləşdir!".Bu an möcüzə baş verir! Gözlənilmədən Kəbənin divarlarından biri yarılıb açılır. Fatimə müqəddəs evə daxil olur, bundan sonra divar yenə də əvvəlki halına dönür.
Bunu görən insanlar heyrət içində qadını gizlədən divarı açmağa çalışırlar.Divar hər kəsin ğözü önündə qadını məbəddə gizlətmişdi. Nəhayət ,dörd gün sonra Fatimə bint Əsəd əlində körpəsi ilə Kəbə Evindən çıxır və ona bu uşağın adını Əli qoymaq əmr olunduğunu hər kəsə xəbər verir.Əli ərəbcədən tərcümədə ali,yüksək mənasını ifadə edir.Beləliklə ,tarixdə silinməz iz qoyan Həzrət Əli (ə) dünyaya gəlir..

 
RDVBTarix: Cümə, 15-Okt-10, 22.59.53 | Mesaj # 2
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
14 məsum .

Bismillahir-rəhmanir-rəhim

Fəzl və kərəmi geniş olan, ehsan və nemətləri məxluqata yetən Allaha həmd olsun, ağamız həzrəti Muhəmməd və onun feyz sahibi olan məsum övladlarına salam və salavat olsun.
Qeyd edəcəyim bu yazılarda 14 məsum əleyhimussalamın həyatının xülasəsi verilmişdir və onlar aşağıdakı şəxslərdən ibarətdir:
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm), Fatimə (əleyha salam) və on iki imam (əleyhimussalam).
Bu qeydlərdə 14 məsumun (əleyhimussalam) möminlər üçün zəruri olan bəzi xüsusiyyətlərini qeyd edəcəm. Allah bu işdə bizə yar olsun!

1. NƏBİYYİ ƏZƏM MUHƏMMƏD (səlləllahu əleyhİ və alİhİ və səlləm)

Şərif ləqəbi: Mustəfa.
Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa.
Atası: Əbdüllah.
Anası: Amənə binti Vəhəb.
Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı.
Doğulduğu yer: Məkkeyi Müəzzəmə.
Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü).
Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı.
Vəfat etdiyi il: Hicrətin11-ci ili.
Ömrü: 63 il.
Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər.
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə.
Övladlarının sayı: 7 (3 oğul, 4 qız).
Oğlanları:

1. Qasim (Tahir).
2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir.
3. İbrahim (anası Mariyədir).
Qızları:

1. Zeynəb.
2. Rüqəyyə.
3. Ümmü Gülsüm.
4. Fatimə (salamullahi əleyha).
Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.00.41 | Mesaj # 3
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
2. İMAM ƏLİ (ƏLEYHİSSALAM)


Ləqəbi: Əmirəl-möminin.
Künyəsi: Əbül-Həsən, Əbül-Həsəneyn, Əbüs-Sibteyn, Əbür-Reyhanəteyn, Əbuturab.
Atası: Əbutalib (Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi. (Başqa adları: İmran, Əbdi Mənaf, İbni Əbdül-Müttəlib).
Anası: Fatimə binti Əsəd.
Doğulduğu gün: 13 Rəcəb, cümə günü.
Doğulduğu yer: Allah Evi (Kəbeyi-Mükərrəmə).
Doğulduğu il: Amül-fildən 30 il keçərkən.
Şəhadət tarixi: Cümə gecəsi, 21 Ramazan.
Şəhadətə çatdığı il: Hicrətdən 40 il keçərkən.
Ömrü: 63 il.
Şəhadət səbəbi: O həzrət Kufə məscidində xəvaricdən olan İbni Mülcəmin qılınc zərbəsi ilə şəhid edilmişdir.
Dəfn olunduğu yer: Nəcəfi Əşrəf.
Övladlarının sayı: 36 (18 oğlan, 18 qız).
Oğlanları:

1. Həsən Müctəba (əleyhissаlam).
2. Hüseyn (əleyhissalam).
3. Məhəmməd ibn Hənəfiyyə.
4. Əbbasül-Əkbər (Əbül-Fəzlil-Əbbas).
5. Əbdüllahül-Əkbər.
6. Cəfərül-Əkbər.
7. Osmanül-Əkbər.
8. Mühəmmədül-Əsğər.
9. Əbdüllahül-Əsğər.
10. Əbdüllah (Əbi Əli).
11. Ovn.
12. Yəhya.
13. Məhəmmədül-Övsət.
14. Osmanül-Əsğər.
15. Əbbasül-Əsğər.
16. Cəfərül-Əsğər.
17. Ömərül-Əkbər.
18. Ömərül-Əsğər.
Qızları:

1. Zeynəbi-Kübra
2. Zeynəbi-Suğra (Ümmü Gülsüm).
3. Rəmlətül-Kübra.
4. Ümmül-Həsən.
5. Nəfisə.
6. Rüqəyyətül-Suğra.
7. Rəmlətül-Кüбра.
8. Rüqəyyətül-Kübra.
9. Məymunə.
10. Zeynəbi-Suğra.
11. Ümmü Hani.
12. Fatimeyi-Suğra.
13. Əmamə.
14. Xədiceyi-Suğra.
15. Ümmü Gülsüm.
16. Ümmü Sələmə.
17. Həmamə.
18. Ümmü Kiram.
Üzüyündəki yazı: “Əl-mülkü lillahil-vahidil-qəhhar” (Mülk və səltənət Vahid və Qəhhar Allaha məxsusdur).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.02.25 | Mesaj # 4
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
3. FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)

Ləqəbi: Zəhra.
Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar.
Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).
Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha).
Anadan olduğu gün: 20 Cəmadiüs-sani.
Doğulduğu yer: Məkkeyi-Mükərrəmə.
Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл).
Şəhid olduğu gün: 3 Cəmadiüs-sani.
Şəhid olduğu il: 11-ci hicri ili.
Ömrü:18 il.
Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.
Dəfn olunduğu yer: Mədinə.
Övladlarının sayı: 4 - (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.
Oğlanları:

1. Həsən (əleyhissalam).
2. Hüseyn (əleyhissalam).
Qızları:

1. Zeynəbi-Kübra.
2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)
Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.05.10 | Mesaj # 5
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
4. İMAM HƏSƏN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Müctəba, Təqiyy, Zəkiyy, Seyyid, Sibt.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Anadan olduğu gün: 25 Ramazan.
Doğulduğu yer: Mədineyi Münəvvərə.
Anadan olduğu il: Hicrətdən 2 il sonra.
Şəhid olduğu gün: 7 Səfər.
Şəhid olduğu il: 49-cu hicri ili.
Ömrü: 47 il.
Şəhadət səbəbi: Əşəsin qızı Cödə, Müaviyənin hiyləsi ilə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə, “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 15 (8 oğlan, 7 qız)
Oğlanları:

1. Zeyd.
2. Həsən.
3. Ömər.
4. Qasim.
5. Əbdüllah.
6. Əbdürrəhman.
7. Hüseyn.
8. Təlhə.
Qızları:

1. Ümmül-Həsən.
2. Ümmül-Hüseyn.
3. Fatimə.
4. Ümmü-Əbdüllah.
5. Fatimə.
6. Ümmü Sələmə.
7. Rüqəyyə.
Üzüyündəki yazı: “Əl-izzəti lillah” (İzzət və qüdrət yalnız Allaha məxsusdur).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.05.39 | Mesaj # 6
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
5. İMAM HÜSEYN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 il sonra.
Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).
Oğlanları:

1. Əli Əkbər.
2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam).
3. Cəfər.
4. Əbdüllah.
Qızları:

1. Səkinə.
2. Fatimə.
İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş вa o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.06.24 | Mesaj # 7
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
6. İMAM ZEYNALABDİN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Zeynül-Abidin, Səccad, Zeynüs-Salihin, Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyy, Əmin, Zahid, Abid, Ədl, Bəkka.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).
Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).
Doğulduğu gün: 15 Cəmadiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 36-cı hicri ili.
Şəhid olduğu gün: 25 Məhərrəm.
Şəhid olduğu il: 95-ci hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibni Əbdül-məlik qardaşı Vəlidin hakimiyyəti dövründə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığında əmisi Həsənin (əleyhissalam) məzarının yanında.
Övladlarının sayı: 15 (11 oğlan, 4 qız)
Oğlanları:

1. Muhəmməd Baqir (əleyhissalam).
2. Əbdüllah.
3. Həsən.
4. Zeyd.
5. Əmr.
6. Hüseyn.
7. Əsğər.
8. Əbdürrəhman.
9. Süleyman.
10. Əli.
11. Məhəmməd Əsğər.
Qızları:

1. Xədicə.
2. Fatimə.
3. Əliyyə.
4. Ümmü Gülsüm.
Üzüyünün yazısı: “Həsbiyəllahu likulli həmmin” (Allah hər bir müsibətdə mənə kifayətdir).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.06.54 | Mesaj # 8
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
7. İMAM MUHƏMMƏD BAQİR (ƏLEYHİSSALAM)

Ləqəbləri: Baqir, Zakir, Şakir, Hadi, Sabir, Cami, Hazir, Şəbih, Nasir.
Künyəsi: Əbu Cəfər.
Atası: İmam Zeynül-Abidin (əleyhissalam).
Anası: İmam Həsənin (a) qızı Fatimə.
Doğulduğu gün: 1 Rəcəb.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 57-ci hicri ili.
Şəhid olduğu gün: 7 Zilhəccə.
Şəhid olduğu il:114-cü hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibn Əbdül-məlik o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 8 (6 oğlan, 2 qız).
Oğlanları:

1. Əbu Əbdillah (İmam Sadiq əleyhissalam).
2. Əbdüllah.
3. İbrahim.
4. Übeydullah.
5. Rəca.
6. Əli.
Qızları:

1. Zeynəb.
2. Ümmü Sələmə.
Üzüyündəki yazı: “Əl izzətü lillahi cəmiən” (Bütün izzət və qüdrət Allaha məxsusdur).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.07.27 | Mesaj # 9
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
8. İMAM CƏFƏR (ƏLEYHİSSALAM)

Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq.
Künyəsi: Əbu Əbdillah.
Atası: Muhəmməd Baqir (əleyhissalam).
Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə).
Doğulduğu gün: 17 Rəbiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 83-cü hicri ili.
Şəhid olduğu gün: 25 şəvval.
Şəhid olduğu il:148-ci hicri ili.
Ömrü: 65 il.
Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 10 (7 oğlan, 3 qız)
Oğlanları:

1. İsmail.
2. Əbdüllahi Əftəh.
3. Musayi Kazim (əleyhissalam).
4. İshaq.
5. Muhəmməd Dibac.
6. Əbbas.
7. Əli.
Qızları:

1. Fatimə.
2. Əsma.
3. Ümmü-Fərvə.
Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.08.14 | Mesaj # 10
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
9. İMAM MUSA (ƏLEYHİSSALAM)

Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun.
Künyəsi: Əbül-Həsən Sani.
Atası: Cəfər Sadiq (əleyhissalam).
Anası: Həmidə.
Doğulduğu gün: 7 Səfər.
Doğulduğu yer: Əbva (Məkkə və Mədinə arasında).
Doğulduğu il: 128-ci hicri ili.
Şəhid olduğu gün: 25 Rəcəb, cümə günü.
Şəhid olduğu il: 183-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: Harunər-Rəşid zindanda onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn şəhəri.
Övladlarının sayı: 36 (19 oğlan, 17 qız).
Oğlanları:

1. Əli.
2. İbrahim.
3. Əbbas.
4. Qasim.
5. İsmail.
6. Cəfər.
7. Harun.
8. Həsən.
9. Əhməd.
10. Muhəmməd.
11. Həmzə.
12. Əbdüllah.
13. İshaq.
14. Übeydullah.
15. Zeyd.
16. Həsən.
17. Fəzl.
18. Hüseyn.
19. Süleyman.
Qızları:

1. Fatimeyi Kübra.
2. Fatimeyi Suğra.
3. Rüqəyyə.
4. Həkimə.
5. Ümmi Əbiha.
6. Rüqəyyətüs-Suğra.
7. Ümmü Cəfər.
8. Lübabə.
9. Zeynəb.
10. Xədicə.
11. Əliyyə.
12. Amənə.
13. Həsənə.
14. Bərihə.
15. Ayişə.
16. Ümmü Sələmə.
17. Məymunə.
Üzüyünün yazısı: “Kun məəllahi hərzən” (Allah ilə birlikdə möhkəm ol).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.08.41 | Mesaj # 11
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
10. İMAM ƏLİ (ƏLEYHİSSALAM)

Ləqəbləri: Riza, Siracüllah, Nurul-huda, Qürrəti əynil-möminin, Məkidətül-mülhidin, Küfvül-mülk, Kafil-xəlq, Fazil, Sabir, Vəfiyy, Siddiq, Zəkiyy.
Künyəsi: Əbül-Həsən.
Atası: Musayi Kazim (əleyhissalam).
Anası: Nəcmə (künyələri: Ümmül-Bənin, Xizran, Şədra, Ərvah, Səkinə).
Doğulduğu gün:11 Zilqədə.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il:148-ci hicri ili.
Şəhid olduğu gün: 28 Səfər.
Şəhid olduğu il: 203-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: O Həzrəti Abbasi xəlifələrindən olan Məmun zəhərləmişdir.
Dəfn olunduğu yer: Müqəddəs Məşhəd şəhəri.
Övladlarının sayı: 6 (5 oğlan, 1 qız)
Oğlanları:

1. Məhəmməd.
2. Qane.
3. Həsən.
4. Cəfər.
5. Hüseyn.
Qızı: Ayişə.
Üzüyünün yazısı: “Maşaəllahu la qüvvətə illa billah” (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.09.11 | Mesaj # 12
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
11. İMAM MUHƏMMƏD (ƏLEYHİSSALAM)

Ləqəbləri: Cəvad, Təqiyy, Qane, Muxtar, Zəkiyy, Murtəza, Alim, Nuri sate.
Künyəsi: Əbu Cəfər.
Atası: İmam Riza (əleyhissalam).
Anası: Səbikə. (İmam Riza (əleyhissalam) onu Xizran, Dürrə, Reyhan adlandırmışdır).
Doğulduğu gün: 10 Rəcəb.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 195-ci hicri ili.
Şəhid olduğu gün: Zilqədənin son günü.
Şəhid olduğu il: 220-ci hicri ili.
Ömrü: 25 il.
Şəhadət səbəbi: O Həzrəti arvadı – Məmunun qızı (Mötəsimin göstərişi ilə) zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn.
Övladlarının sayı: 4 (2 oğlan, 2 qız).
Oğlanları:

1. Əli (əleyhissalam).
2. Musa Mübərqi.
Qızları:

1. Fatimə.
2. İmamə
Üzüyünün yazısı: “Həsbiyyallahu” (Mənim arxalanacağım Allahdır).

 
RDVBTarix: Cümə, 15-Okt-10, 23.09.46 | Mesaj # 13
Генералиссимус
Qrup: Administratorlar
Mesajlar: 23
Mükafatlar: 0
Status: Oflayn
12. İMAM ƏLİ (ƏLEYHİSSALAM)

Ləqəbləri: Hadi, Nəqiyy, Mütəvəkkil, Əskəri, Nəcib, Mürtəza, Alim, Fəqih, Əmir, Dəlil, Əmin, Mötəmən, Təyyib, Nasih, Miftah.
Künyəsi: Əbül-Həsən Salis.
Atası: İmam Muhəmməd Cavad (əleyhissalam).
Anası: Səmmanətül-qanitə (Məğribiyyə, Süsən).
Doğulduğu gün: 15 Zilhиccə (başqa bir rəvayətə görə 5 Rəcəb).
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 212-ci hicri ili.
Şəhid olduğu gün: 3 Rəcəb.
Şəhid olduğu il: 254-cü hicri ili.
Ömrü: 41 il.
Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: 5 (4 oğlan, 1 qız).
Oğlanları:

1. Əbu Muhəmməd Əl-Həsən (əleyhissalam).
2. Hüseyn.
3. Muhəmməd.
4. Cəfəri-Kəzzab.
Qızı: Ayişə.
Üzüyünün yazısı: “Əl-mülkü lillah” (Mülk və səltənət yalnız Allaha məxsusdur).

 
Forum » SALAYN FORUM » Dinimiz İslam » Dini məlumatlar və şəxsiyyətlər (Ya Əli!, Onun haqdabildiklərimiz..)
  • Страница 1 из 1
  • 1
Поиск:

Make by RDVB © 2024

Используются технологии uCoz