Cümə, 29-Mar-24, 18.45.55

Siz daxil oldunuz Qonaq | Qruppa "Qonaqlar"Sizi salamlayıram Qonaq | RSS
SALYAN

Əsas səhifə | Bloq | Mənim profilim | Qeydiyyat | Çıxış | Giriş

Saytın menyusu
Bölüm kateqiriyaları
Sayt xəbərləri [0]
Salyanın tanınmış şəxsiyyətləri [11]
Təbiətimiz [1]
Mətbəximiz [1]
Salyan Diolektologiyası [1]
Salyanın abidələri [3]
Şəhidlərimiz [0]
Tariximizi qoruyan muzeyimiz [1]
İndi onlayn

Роботов:3
Google[BOT] Yahoo
MSN

Cəmi onlayn: 1
Qonaqlar: 1
İsyifadəçilər: 0

20ка Посетивших пользователей:
Axtarış
Statistika

Saytda qeyd-dan keçənlər

Cəmi: 17
Ay ərzində: 0
Həftə ərzində: 0
Dünən: 0
Bu gün: 0

Onlardan

Administratorlar: 1
Moderatorlar:
Yoxlanilanlar: 0
İstifadəçilər: 12

Onlardan

Kişilər: 13
Qadınlar: 4

IP adresiniz
IP
...
Друзья
Əsas səhifə » 2010 » Oktyabr » 12 » Tanınmiş şəxslərimiz
00.03.10
Tanınmiş şəxslərimiz
 


Azərbaycan el ədəbiyyatının ən zəngin qolunu ozan aşıq sənəti təşkil edir.Bu yaradıcılıq aləmi geniş, çoxşaxəli olduğu qədər də qədimdir.Tarixin çox qədim dövürlərindən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq növü bu gün davam və inkişaf  etməkdədir.
Aşıqları əsasən iki qrupa bölmək olar: yaradıcı , ustad aşıqlar, peşəkar ifaçı aşıqlar.
Yaradıcı, yaxud usatad aşıqlar gözəl şeirlər qoşur, dastanlar düzəldir, həm özlərinin, həm də başqalarının əsərlərini məlahətli səslərlə oxumağı bacarırlar.Onlar böyük təbə və yaradıcılıq istedadına malikdirlər.Ustad aşıqlar həm öz şeirlərini ifa edir, saz havalarını məharətlə çalər, həm də özləri havalara yaradırlar.
Belə yaradıcı aşıqlardan biri də əlinə saz alıb, şagirdlikdən ustadlığa qədər yüksələn, böyük sənət yolu keçmiş Aşıq Pənah Pənahovdur.Azərbaycan yeni dövr aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olan Aşıq Pənah 1926-cı ildə Salyan şəhərində dünyaya göz açmışdır.O , orta məktəbi Salyanda bitirmişdir. Hələ uşaqlıq illərindən Aşıq Pənah saza mehrini salır.Toy – düyündə, el içində çalıb- çağırmağa başlayır.Tədricən onun şair təbi püxtələşir, qol qanad açır.Gənc yaşlarından şeirə, sənətə, saza böyük həvəs göstərən Pənah sonralar bütün həyatının bu sənətə bağlayır.
Aşıq Pənah 1941-ci ildən aşıqlıq sənətinə başlayır.1944-1947-ci illərdə Pənah Salyanda yaradılmış Dövlət Dram Teatrında işləyib.
Teatrın repertuarında operalar, operettalar, musiqili komediyalar əsas yer tutduğundan yapışıqlı səsi olan pənah həmişə baş rolların ifaçısı olub. "Məcnun”, "Kərəm”, "Qərib”, "Əsgər”, "Vaqif” onun uğurlu ifasında Salyan teatrsevərlərinin, tamaşaçılarının alqışlarını qazanıb.Məhs teatr səhnəsi Pənahın qol-qanadını açıb, ona dinləyənlər qarşısında sıxılmadan, sərbəst çıxış etmək vərdişini aşılayıb.Elə ona görə də Aşıq Pənah hər məclisdə meydan açıb.Söz deməkdə, saz çalıb oxumaqda öz həmkarlarından sayılıb, seçilib.
Aşıq Pənah aşıq poeziyasının bütün növlərində öz qüdrətini sınayıb.Onun qoşmaları,gəraylıları, gözəlləmələri, ustadnamələri, təcnisləri, dodaqdəyməzləri, qıfılbəndləri buna parlaq misaldır.Aşıq Pənah nəğmələri ilə xalqını, doğma Azərbaycanını Rumuniyada, Polşada, Çexoslovakiyada, Hindistanda,Bolqarıstanda,Moldavada, Fillandiyada dəfələrlə, yetərincə və layiqincə təmsil edib.
Bu günə qədər aşıq şerimizin inkişaf tarixini, mənşəyini, şəkili xüsusuiyyəötlərini dil və ifadə z\nginliklərini qoruyan aşığın "Saz və söz”, "Məhəbbətdən danışaq”, "Təzə söz”, "Təzə mahnı”, "Mənim sazım” adlı kitabları nəşr olunub.Yaraşıqlı, şux qaməti, gözəl rəqsi, ürəyəyatımlı səsi ilə hamının ovsunlayan, Azərbaycan adını çox yerdə şöhrətləndirən xoşbəxtlərin xoşbəxti olan Aşıq Pənah ürəyi sarıdan narahat olub. Buna görə də  ölümünə az qalmış "Yarı yolda qoyma məni, onsuzda son nəfəsimdə də sədəfli sazı sinəmə alıb çalasıyam”, - deyib ürəyinə və Aşıq Pənah ömrünün çiçəklənən, yaradıcılığının püxtələşən çağında -52 yaşında dünyasını dəyişmişdir.
Aşıq Pənah yaradıcılığının mövzu dairəsi çox genişdir.Bildiyimiz kimi aşıq şeiri aşıq musiqisi ilə inkişaf edir.Bununla belə yeni musiqi əsərləri aşıq şerinin şəkli xüsusiyyətlərinə təsir göstərdiyi kimi, yeni şəkildə yaradılmış aşıq  şeirləri də musiqinin inkişafına çox güclü təkan verib.
Demək olar ki, ustad  Aşıq Pənah da öz yaradıcılığında aşıq poeziyasının bütün formalarında öz təbini sınaqdan çıxarıb.
Aşığın  yaradıcılığında məhəbbət lirikası əsas yer tutur.Burada təsfir və tərənnüm edilən məhəbbət real, insani, həyatı məhəbbətdir. Bu mənada onun məhəbbət lirikası başqa sənətkarların yazdıqlarından  fərqlənir. Ah-zar etmək, intim hisslər bu şeirə yaddır. Onlar nikbin ruhlu, şən və oynaq əsərlərdir. Aşıq "Gözəl” rədifli şeirində yeni məcaz yaradaraq gözəlin al yanağını dan yerinin rənginə bənzətmişdir:

Xub yaraşır əllərinə
Əcəb qoymusan xına sən.
Dan yerinin rəngidirmi
Sürtmüsən yanağına sən?!


Aşığın yaradıcılığında müxəmməs və ustadnamələr xüsusi yer tutur.Lakin usatadnamə məzmun etibarı ilə o biri növlərdən seçilir.Adından da göründüyü kimi,ustadnamə ustad sözü, ustad nəsihəti deməkdir.
Aşıq poeziyasının ən çox yayılan şəkillərindən biri də qoşmadır.Aşıq Pənah öz qoşmalarında sənətə,sənətkara qiyməti çox aydın şəkildə ifadə edə bilmişdi.
Aşığın yaradıcılığında qoşmadan sonra gəraylı adlandırdığımız şeir növü üstünlük təşkil edir.
Dasatan aşıq yaradıcılığının bir hissəsini təşkil edir.Aşıq Pənah qəhrəmanlıq dastanlarında xalqımızın keçdiyi tarixi mərhələləri, məhəbbət dastanlarında isə azad məhəbbəti tərənnüm etmişdir.
Aşıq poeziyasında satirik şeirlərə, dodaqdəyməzə,  deyişməyə xüsusi yer verir.Dodaqdəyməz təcniz daha çətindir.Çünki burada həm cinaslar işləməli, həm də şeir boyu dodaqlanmayan samitlərdən istifadə etməlidir.


Şirin canan, şirin istək, arzu yaz,
Ürək səni şirin-şirin arzular.
Yar könlünü, yar küsdürər, yar alar,
Şirin yarın şirin sözü var olsun


Aşıq Pənahın ictimai hadisələrə həsr etdiyi şeirlərinə də sənətkarlığı öz təsir qüvvəsini saxlayır. Aşıq bu şeirlərində ərzəbazları, yaltaqları, rüşvətxorları tənqid atəşinə tutur.
Aşığın yaradıcılığında "Ana Kürüm” nəğməsidir.
Aşıq Pənah Pənahovun çoxcəhətli yaradıcılığı Azərbaycan aşıq poeziyasının inkişafında müəyyən mərhələ təşkil edir.
Aşığın ölümündən sonra "Sözlərimi saxla yadda” kitabı çap olunmuşdur.
2006- cı ilə Aşığın qızı Aynurə Pənahqızı "Aşıq Pənah dastanı” adlı kitabını atasına həsr etmişdir.Kitab 4 hissədən ibarətdir.I hissədə Aşığın qızı atasına qarşı olan hisslərini, onunla bağlı xatirələrini qələmə almışdır.II hissədə Aşığın həyat və yaradıcılığı qeyd olumuşdur.III hissədə Aşığa aid xatirələr IV hissədə aşığın şeirlərə verilmişdir.Kitab Aşığın 80 illik yubileyinə həsr olunmuşdur.
Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 412 | Əlavə etdi: RDVB | Reytinq: 0.0/0
Cəmi şərhlər: 1
Romal

Пост №: 1
Əhsən əhsən əla kopyalamısan bu məlumatları özün sil yoxsa rəsmi tədbir görüləcək
Çərşənbə axşamı - 17.28.29



Şərhləri yalnız qeydiyatdan keçmiş istifadəçilər yaza bilər
[ Qeydiyyat | Giriş ]
SAAT
Block title
Giriş formu
Mini Profil
Qonaq

Mesajlar:

Qruppa:
Qonaqlar


Гость, Sizi görməyimizə şadıq. Sayta daxil olun və ya qeydiyatdan keçin!
Təqvim
«  Oktyabr 2010  »
BeÇaÇəCaŞəBr
    123
45678910
11121314151617
18192021222324
25262728293031
İstifadəçilərimiz
  • RDVB
  • t-nadirova
  • Xeyal676
  • VuSaL
  • Mustafa
  • Usta-Əli
  • asel
  • Ceka
  • Rza
  • heart_killer
  • Dost saytlarımız

    Make by RDVB © 2024

    Используются технологии uCoz