Cümə, 29-Mar-24, 13.05.52

Siz daxil oldunuz Qonaq | Qruppa "Qonaqlar"Sizi salamlayıram Qonaq | RSS
SALYAN

Əsas səhifə | Bloq | Mənim profilim | Qeydiyyat | Çıxış | Giriş

Saytın menyusu
Bölüm kateqiriyaları
Sayt xəbərləri [0]
Salyanın tanınmış şəxsiyyətləri [11]
Təbiətimiz [1]
Mətbəximiz [1]
Salyan Diolektologiyası [1]
Salyanın abidələri [3]
Şəhidlərimiz [0]
Tariximizi qoruyan muzeyimiz [1]
İndi onlayn

Роботов:3
Google[BOT] Yahoo
MSN

Cəmi onlayn: 1
Qonaqlar: 1
İsyifadəçilər: 0

20ка Посетивших пользователей:
Axtarış
Statistika

Saytda qeyd-dan keçənlər

Cəmi: 17
Ay ərzində: 0
Həftə ərzində: 0
Dünən: 0
Bu gün: 0

Onlardan

Administratorlar: 1
Moderatorlar:
Yoxlanilanlar: 0
İstifadəçilər: 12

Onlardan

Kişilər: 13
Qadınlar: 4

IP adresiniz
IP
...
Друзья
Əsas səhifə » Salyanın tanınmış şəxsiyyətləri
QASIMOVA Xuraman Əkrəm qızı

QASIMOVA Xuraman Əkrəm qızı (d.6.6.1951, Bakı) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1986). Azərb. Dövlət mükafatı laureatı (1984). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1975). 1976 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka ad. 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas ad. Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən prof.). 1994 ildən İstanbul Dövlət Un-ti konservatoriyasının prof.-dur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Filmoqrafiya
1. Gələcəyin Qurucuları (1982)
2. Həyat Bizi Sınayır (1972)
3. Kədərimiz... Vüqarımız... (1998)
4. Kinorejissor Həsən Seyidbəyli (2002)
5. Maestro Niyazi (2007)
6. Mən ki Gözəl deyildim (1968)
7. Nəğməkar Torpaq (1981)
8. Qaraca Qız (1966)(Kinoalmanax)
9. Ürəkdən Ürəyə (2007)
10. Üzeyir Ömrü (1981)
11. Zəng (1995)

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 379 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Fidan Əkrəm qızı Qasımova

Fidan Əkrəm qızı Qasımova 1947-ci il iyun ayının 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.Hələ uşaq yaşlarından musiqi sənətinə, müğənniliyə böyük həvəs göstərən Fidan Qasımova ilk vokal təhsilini Bakı şəhərindəki Bülbül adına Musiqi məktəbində almışdır.daha sonra o, 1966-ci ildə Üzeyir Hacıbıyov adına Azərbaycan Dövlət Konservatoriyasının eyni zamanda iki şöbəsinə- simli alətlər və vokal siniflərinə daxil olur.Burada o professional musiqi nəzəriyyəçilərindən kamil təhsil alır,simli alətlər üzrə professor Sərvər Qəniyevin, vokal üzrə isə dosent İ.A.Lvovçin sinfində oxuyur.Fidan Qasımova 1971-ci ildə skripka simli alətləri,1972-ci ildə isə vokal sənəti üzrə ali təhsil alır.Bundan sonra o, 1972- 73-cü ilin iyulunda P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alır. Qeyd etmək lazımdır ki, o, hələ tələbəlik illərində vokal müsabiqələrində fəal iştirak etmiş,1973-cü ildə cenevrədə keçirilən II Beynəlxalq müsabiqədə gümüş medala layiq görülmüş, 1975-ci ildə Hertogenbosda yenə də Beynəlxalq müsabiqədə diplomla mükafatlandırılmışdır.1974-cü ildən başlayaraq Fidan Qasımova Azərbaycan Dövlət opera və Balet teatrının baş solisti kimi milli və dünya opera sənətinin repertuarlarına daxil olan şedevr əsərlərdəki partiyaların mahir ifaçısı kimi şöhrət qazanmışdır.Fidan Qasımovaya 25 yaşında SSRİ xalq artisti, 26 yaşında isə professor adı verilmişdir. Resp. xalq artisti (1982), SSRİ xalq artisti (1988). Azərb. Resp. Dövlət mükafatı laureatı (1984). Azərb. Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir. İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərb. qadın müğənnidir. 1974 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. Repertuarına Azərb. (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərb. xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir. 1974 ildən Azərb. Dövlət Konservatoriyasında dərs deyir (1990 ildən prof."). 1992 ildən istanbul Dövlət Un-ti Konservatoriyasının prof.-dur. Xarici ölkələrdə (Çexoslovakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olmuşdur. Kinoda çəkilmişdir ("Torpaq. Dəniz. Od. Səma"). Azərb.-ın Şöhrət ordeni ilə təltif edilmişdir.
• Müğənni Xuraman Qasımovanın bacısıdır.
Filmoqrafiya
1. Kədərimiz... Vüqarımız... (1998)
2. Maestro Niyazi (2007)
3. Rəşid Behbudov 20 İl Əvvəl (1996)
4. Torpaq. Dəniz. Od. Səma (1967)
5. Üç Eskiz (1978)
6. Ürəkdən Ürəyə (2007)
7. Üzeyir Ömrü (1981)

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 359 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Xəlil Rza Ulutürk


Azadlığı istəmirəm,zərrə-zərrə qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,qram,qıram
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!
Çəkil,çəkil ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!

Ardını oxu.....

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 469 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)



           Aşıq Pənah

Azərbaycan el ədəbiyyatının ən zəngin qolunu ozan aşıq sənəti təşkil edir.Bu yaradıcılıq aləmi geniş, çoxşaxəli olduğu qədər də qədimdir.Tarixin çox qədim dövürlərindən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq növü bu gün davam və inkişaf  etməkdədir.
Aşıqları əsasən iki qrupa bölmək olar: yaradıcı , ustad aşıqlar, peşəkar ifaçı aşıqlar.
Yaradıcı, yaxud usatad aşıqlar gözəl şeirlər qoşur, dastanlar düzəldir, həm özlərinin, həm də başqalarının əsərlərini məlahətli səslərlə oxumağı bacarırlar.Onlar böyük təbə və yaradıcılıq istedadına malikdirlər.Ustad aşıqlar həm öz şeirlərini ifa edir, saz havalarını məharətlə çalər, həm də özləri havalara yaradırlar.
Belə yaradıcı aşıqlardan biri də əlinə saz alıb, şagirdlikdən ustadlığa qədər yüksələn, böyük sənət yolu keçmiş Aşıq Pənah Pənahovdur.Azərbaycan yeni dövr aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olan Aşıq Pənah 1926-cı ildə Salyan şəhərində dünyaya göz açmışdır.O , orta məktəbi Salyanda bitirmişdir. Hələ uşaqlıq illərindən Aşıq Pənah saza mehrini salır.Toy – düyündə, el içində çalıb- çağırmağa başlayır.Tədricən onun şair təbi püxtələşir, qol qanad açır.Gənc yaşlarından şeirə, sənətə, saza böyük həvəs göstərən Pənah sonralar bütün həyatının bu sənətə bağlayır.
Aşıq Pənah 1941-ci ildən aşıqlıq sənətinə başlayır.1944-1947-ci illərdə Pənah Salyanda yaradılmış Dövlət Dram Teatrında işləyib.   ARDINI OXUYUN>>>
Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 411 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (1)

Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kuürçaylı)

Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) - şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən çıxıb Zaqafqaziya dəmir yolu idarəsinin Salyan şöbəsində mühasib işləmişdir (1944-1946). Bakı dəmir yolu texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan dram teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.
1980-ci il fevralın 11-də vəfat etmişdir.
Əsərləri
• 1. Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 1953, 16 səh.
• 2. Salam gələcək illər. Bakı: Azərnəşr, 1954, 112 səh.
• 3. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1956, 212 səh.
• 4. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh.
• 5. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
• 6. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.
• 7. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.
• 8. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
• 9. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
• 10.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
• 11.Yollarda axtar məni. Bakı: Gənclik, 1970, 180 səh.
• 12.Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
• 13.Dünya ovcumdadır. Bakı: Gənclik, 1976, 243 səh.
• 14.Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 60 səh.
• 15.Ülkər (şeirlər və poemalar). Bakı: Yazıçı, 1980, 23 səh.
• 16.Qəlbin sıxılsa əgər... (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh.
• 17.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.
Tərcümələri
• 1.Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh.
• 2.Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 197(, 170 səh.
• 3.Aligyeri Dante. İlahi komediya. Bakı: Azərnəşr, 1973, 546 səh.
• 4.Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 305 | Əlavə etdi: teacher | Tarix: 12-Okt-10 | Şərhlər (0)

Arif Cahangir oğlu Məlikov

Arif Cahangir oğlu Məlikov - Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965), Azərbaycan Respublikasının xalqartisti (1978), professor (1979), SSRİ xalq artisti (1986), Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).
1933-cü il sentyabrın 13-də Bakıda anadan olub.
1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirmişdir.
1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb.
1971-ci ildə «Şərəf Nişanı» Ordeni ilə təltif olunub. 1978-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 1979-cu il – professor adına layiq görülmüşdür. 1982-ci ildən – Az. Dovlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir.
1986-cı ildən Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə İstiqlal Ordeni ilə təltif olunub. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdir.
Əsərləri
• Baletlər: Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999)
• BSO üçün: Səkkiz simfoniya (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaları; Kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya (1995); Ç.İldırımın söz. səs və simfonik orkestr üçün «Azərbaycan» balladası (1995); 8 saylı Simfoniya (2001). Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001). "Simfonik nağıl"
Filmoqrafiya
1. Sehrli Xalat (1964)
2. İyirmialtılar (1966)
3. Axırıncı Aşırım (1971)
4. Ulduzlar Sönmür (1971)
5. Qərib Cinlər Diyarında (1977)
6. Qız Qalası Əfsanəsi (1978)
7. İşarəni Dənizdən Gözləyin (1986)
8. Arif Məlikov. "Məhəbbət Əfsanəsi" (1987)
9. Doğma Sahillər (1989)
10. Gecə Qatarında Qətl (1990)
11. Kitabi Dədə Qorqud. Səkrəyin Dastanı (1990)
12. Göylər Sonsuz Bir Dənizdir. II Film. Züleyxa (1995)
13. Tənha Ruh (1998)
14. Heydər Əliyev. Dördüncü Film. Lider (1999)
15. Tanrıya Tapınan Kiş (2001)
16. Hacı Qara (2002)
17. Maestro (2002)
18. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003)
19. Müstəqillik Yollarında. Üçüncü Film (2004)
20. Nəfəs Alətləri (2004)
21. Oqtay Ağayev. Ötən Günlər (2004)
22. Mücadilə. Birinci Hissə. İstiqlalın Beşiyi (2006)
23. Rəssam Ömrünün Palitrası (2006)
24. Dağlı Çörəyi (2007)
25. Hədiyyələr, Həyəcanlar... (2007)
26. Maestro Niyazi (2007)

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 338 | Əlavə etdi: teacher | Tarix: 12-Okt-10 | Şərhlər (0)

Həsən Məmmədov



Məmmədov Həsən Ağaməmməd oğlu - aktyor, Azərbaycanın xalq artisti.
Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Sentyabr ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdıb.
İldən ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il may ayının 27-də dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm”də istehsal olunmuş "Böyük dayaq” (Qaraş), "Arşın mal alan” (Əsgər), "Gün keçdi” (Oqtay), "Arxadan vurulan zərbə” (Qəmərlinski), "Bizi bağışlayın” (Nəriman), "Birisi gün gecə yarısı” (Baba Əliyev), "İstintaq” (Murad), "Dədə Qorqud” (Dədə Qorqud), "Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), "Sevil” (Balaş), "Yeddi oğul istərəm” (Bəxtiyar), "Bir cənub şəhərində” (Murad), "Qızıl qaz” (Fərman), "Bakıda küləklər əsir” (General), "Alma almaya bənzər” (Qurban), "Səmt küləyi” (Əlibala), "İstintaq davam edir” (Əzimov), "Şahid qız” (Polkovnik), "Qəm pəncərəsi” (Məmmədhəsən əmi), "Papaq” (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət” (Əlimurad), "Zirvə” (Kamil) filmlərində aparıcı rollar oynayıb.
Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il noyabr ayının 18-də Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq” bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
2003-cü ilin 26 avqustunda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
• Aktrisa Tamilla Rüstəmovanın həyat yoldaşı olmuşdur.

Filmoqrafiya

1. Böyük Dayaq (1962)-Aktyor: Qaraş (Tammetrajlı Bədii Film)
2. Möcüzələr Adası (1963)-Aktyor: Nazim (Tammetrajlı Bədii Film)
3. Zirvə (1964)-Aktyor: Kamil (Qısametrajlı Bədii Film)
4. Arşın Mal Alan (1965)-Aktyor: Əsgər (Tammetrajlı Bədii Film)
5. Yenilməz Batalyon (1965)-Aktyor: Xavərin əri (şəkil) (Tammetrajlı Bədii Film)
6. İstintaq Davam edir (1966)-Aktyor: Əzimov, Səs: Rus (Tammetrajlı Bədii Film)
7. İnsan Məskən salır (1967)-Səs: Rus neftçi (Tammetrajlı Bədii Film)
8. Bir Cənub Şəhərində (1969)-Aktyor: Murad (Tammetrajlı Bədii Film)
9. Dəli Kür (1969)-Səs: Rus (Tammetrajlı Bədii Film)
10. Sevil (1970)-Aktyor: Balaş (Tammetrajlı Bədii Film)
11. Yeddi Oğul İstərəm (1970)-Aktyor: Bəxtiyar (Tammetrajlı Bədii Film)
12. Axırıncı Aşırım (1971)-Aktyor: Abbasqulu bəy (Tammetrajlı Bədii Film)
13. Gün Keçdi (1971)-Aktyor: Oqtay (Tammetrajlı Bədii Film)
14. Vətəndaş Sərnişinlər... (1971)-Mətni oxuyan ("Mozalan" Satirik Kinojurnalı № 2, 2-ci süjet)
15. Qızılqaz (1972)-Aktyor: Fərman (Tammetrajlı Bədii Film)
16. Ömrün İlk Saatı (1973)-Səs: Milis rəisi (Sadıq Hüseynov) (Tammetrajlı Bədii Film)
17. Səmt Küləyi (1973)-Aktyor: Əlibala (Tammetrajlı Bədii Film)
18. Bakıda Küləklər Əsir (1974)-Aktyor: Tahir Cəliloviç (Tammetrajlı Bədii Film)
19. Qatır Məmməd (1974)-Aktyor: Səməd (Tammetrajlı Bədii Film)
20. Alma Almaya Bənzər (1975)-Aktyor: Qurban (Tammetrajlı Bədii Film)
21. Dədə Qorqud (1975)-Aktyor: Dədə Qorqud (Tammetrajlı Bədii Film)
22. Arxadan Vurulan Zərbə (1977)-Aktyor: Qəmərli (Tammetrajlı Bədii Film)
23. Sevinc Buxtası (1977)-Aktyor: Rüstəmov (Tammetrajlı Bədii Film)
24. Üzü Küləyə (1977)-Aktyor: Əlibala (Tammetrajlı Bədii Film)
25. Vulkana Doğru (1977)-Aktyor: Səməndər (Tammetrajlı Bədii Film)
26. Bağçada Rahat Yer (1978)-Aktyor: Məmmədəli (Qısametrajlı Bədii Film)
27. Od İçində (1978)-Səs: Suxorukov (Y. Sorokin) (Tammetrajlı Bədii Film)
28. Babək (1979)-Səs: Xəlifə Məmun (Hacımurad Yegizarov) (Tammetrajlı Bədii Film)
29. Bizi Bağışlayın (1979)-Aktyor: Nəriman (Tammetrajlı Bədii Film)
30. İstintaq (1979)-Aktyor: Murad (Tammetrajlı Bədii Film)
31. Qızıl Uçurum (1979)-Səs: Hakim (Tammetrajlı Bədii Film)
32. Anlamaq İstəyirəm (1980)-Aktyor: Çingiz (Tammetrajlı Bədii Film)
33. Gözlə Məni (1980)-Aktyor: Bahadur (Tammetrajlı Bədii Film)
34. Birisigün, Gecəyarısı... (1981)-Aktyor: Əliyev (Tammetrajlı Bədii Film)
35. Əzablı Yollar (1982)-Aktyor: Padşah (Tammetrajlı Bədii Film)
36. Evlənmək İstəyirəm (1983)-Aktyor: Mirzə Səfər (Tammetrajlı Bədii Film)
37. İşgüzar Səfər (1982)-Səs: Bayramov (Rəsmi Cəbrayılov) (Tammetrajlı Bədii Film)
38. Gəmi Saatının Sirri (1983)-Səs: Mühəndis (Nikolay Volkov) (Tammetrajlı Bədii Film)
39. İlıq Dənizdə Buz Parçası (1983)-Aktyor: Direktor (Tammetrajlı Bədii Film)
40. Musiqi Müəllimi (1983)-Aktyor: Raykom partiyasının katibi (Tammetrajlı Bədii Film)
41. Orijinal Üsul (1983)-Səs: Elmi işçi (Cahangir Aslanoğlu) ("Mozalan" Satirik Kinojurnalı № 83, 4-cü süjet)
42. Qoca Palıdın Nağılı (1984)-Aktyor: Bağır (Tammetrajlı Bədii Film)
43. Bağ Mövsümü (1985)-Aktyor: Ağabala (Tammetrajlı Bədii Film)
44. Qanlı Zəmi (1985)-Səs: Qubernator (Muxtar Maniyev) (Tammetrajlı Bədii Film)
45. Yaxşı Qurtardıq (1985)-Aktyor: Ata (Qısametrajlı Bədii Süjet-Mozalan № 92, 2-ci süjet)
46. Bircəciyim (1986)-Aktyor: Muradzadə (Tammetrajlı Bədii Film)
47. İşarəni Dənizdən Gözləyin (1986)-Aktyor: Qoca general (Tammetrajlı Bədii Film)
48. Qəm Pəncərəsi (1986)-Aktyor: Məmmədhəsən (Tammetrajlı Bədii Film)
49. Özgə Ömür (1987)-Səs: Ağalarov (Arif Nərimanbəyov) (Tammetrajlı Bədii Film)
50. Şeytan Göz Qabağında (1987)-Aktyor: Sabir (Tammetrajlı Bədii Film)
51. Doğma Sahillər (1989)-Aktyor: Nuru (Tammetrajlı Bədii Film)
52. Ölsəm... Bağışla (1989)-Aktyor: Firuz (Tammetrajlı Bədii Film)
53. Kitabi Dədə Qorqud. Səkrəyin Dastanı (1990)-Səs: Dədə Qorqud, Uşun qoca (Qısametrajlı Cizgi Film)
54. Şahid Qız (1990)-Aktyor: Tofiq (Tammetrajlı Bədii Film)
55. Təxribat (1990)-Aktyor: Məmmədov (Tammetrajlı Bədii Film)
56. Tələ (1990)-Aktyor: Səfərov (Tammetrajlı Bədii Film)
57. Nakəs (1991)-Aktyor (Tammetrajlı Bədii Film)
58. Qırmızı Qatar (1993)-Aktyor: Həkim (Tammetrajlı Bədii Film)
59. Təhminə (1993)-Aktyor: Professor Zeynallı (Tammetrajlı Bədii Film)
60. Hökm (1994)-Aktyor: "Tuz" Nəsrəddin (Tammetrajlı Bədii Film)
61. Qara Volqa (1994)-Səs: "Paxan" (Nəsir Sadıqzadə) (Tammetrajlı Bədii Film)
62. Mənim Ağ Şəhərim (1994)-Aktyor: Mahmud dayı (Tammetrajlı Bədii Film)
63. Həm Ziyarət, Həm Ticarət... (1995)-Aktyor: Əlimurad (Tammetrajlı Bədii Film)
64. Səhər (1995)-Arxiv kadrlar (Silsilə Televiziya Verilişi)
65. Özgə Vaxt (1996)-Aktyor: Həkim (Tammetrajlı Bədii Film)
66. Son Döyüş (1996) (Tammetrajlı Bədii Film)
67. Canavar Balası (1997)-Aktyor: Yusif kişi (Tammetrajlı Bədii Televziya Filmi)
68. Arif Babayev (2000)-Filmdə iştirak (Qısametrajlı Sənədli Film)
69. Yuxu (2001)-Səs: Hidayət (Gündüz Abbasov) (Tammetrajlı Bədii Film)
70. Bir Anın Həqiqəti (2003)-Aktyor: Bəxtiyar Cavadov (Çoxseriyalı Bədii Film)
71. Müstəqillik Yollarında. Dördüncü Film (2004)-Arxiv kadrlar (Qısametrajlı Sənədli Film)
72. Azərbaycan Naminə (2005)-Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
73. Ənvər Həsənov. Yeddi Oğuldan Biri (2007)-Arxiv kadrlar: ("Yeddi Oğul İstərəm" filmindən) (Televiziya Verilişi)
74. Papaq (2007)-Arxiv kadrlar: ("Axırıncı Aşırım", "Evlənmək İstəyirəm" filmlərindən) (Qısametrajlı Sənədli Televiziya Filmi)
75. Rənglərdə Yaşayan Kino (2009)-Arxiv kadrla




Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 360 | Əlavə etdi: RDVB | Tarix: 12-Okt-10 | Şərhlər (0)

Əliağa İzzət oğlu Hüseynov



Hüseynovlar sülaləsi Azərbaycanda böyük hərbiçilər nəsli kimi tanınır. Bu nəsildən 20 nəfərdən çox peşəkar hərbiçi çıxmışdır. Onlardan iki nəfəri general-mayor, yeddi nəfəri polkovnik, on üç nəfəri podpolkovnikdir. 7 nəfəri İkinci Dünya müharibəsində, 12 nəfəri isə torpaqlarımızın azad olunması uğrunda Qarabağ döyüşlərində iştirak etmişdir.
Hüseynovlar sülaləsinin ən tanınmış nümayəndələrindən biri də Azərbaycan Respublikasının hərbi komissarı, general-leytenant  Əliağa İzzət oğlu Hüseynovdur. Əliağa Hüseynov 1946-cı ildə Salyan şəhərində anadan olmuşdur. İlk təhsilini Salyan rayon Nizami adına 2 saylı orta məktəbdə almışdır. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnistitutunun mühəndis-mexanik fakultəsini bitirmişdir. O, 1970-1972-ci illərdə Bakı şəhərindəki tramvay-trolleybus parkında fəhlə işləmişdir. Əliağa Hüseynov elmi biliyini daim artırmış, 1972-ci ildə Bakıda Marksizm – Leninizm Universitetində siyasi təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən 26 Bakı komissarı (indiki Səbail) rayon hərbi komissarlığında şöbə rəisinin köməkçisi vəzifəsində çalışmışdır. O, 1976-1978-ci illərdə İmişli rayon hərbi komissarının müavini işləmiş, 1978-1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayonunun hərbi komissarı vəzifəsində çalışmışdır. 1988-ci ildə Yasamal rayon hərbi komissarı təyin olunmuş və bir neçə il bu vəzifədə çalışmışdır. Əliağa Hüseynov hərbi təlimə daha dərindən bələd olmaq məqsədilə bu sahədə təhsilini artırmağa ciddi səy göstərmiş, 1974- cü ildə Bakı Ali Hərbi məktəbini, 1975-ci ildə Baş qərargahın səfərbərlik üzrə təlim kurslarını başa vurmuşdur.
General-leytenant Əliağa Hüseynov 1993-1994- cü illərdə Yasamal batalyonu Ağdam və Füzuli bölgələrində döyüşərkən, həmin batalyona hərtərəfli yardım etməkdən ötrü Yasamal rayon İcra Hakimiyyətinin başçısı Arif Ağayevlə birlikdə bu bölgələrdə olmuşdur.
Tanınmış hərbiçi, general-leytenant  Əliağa Hüseynov uzun müddət Azərbaycan Respublikasının hərbi komissarı kimi məsul vəzifədə çalışmışdır.
2009-cu il 10 Noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əliağa Hüseynov həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır və 2009-cu il 11 Noyabr tarixində Salyan rayon İrca Hakimiyyətinə başçı təyin olunmuşdur.
Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 334 | Əlavə etdi: RDVB | Tarix: 12-Okt-10 | Şərhlər (0)

Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə - yazıçı, publisist, şair. Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim.
Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dünyaya göz açanda Azərbaycanda ictimai-mədəni düşüncə epiqonçu ənənələr əsasında davam edirdi. Ölkədə çarizmin monarxist idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik hüququ öz təsirini göstərir, ümumxalq təfəkküründə "zillüllah" (padşahı Allahın kölgəsi saymaq) fəsfəsəsi mövcud idi. Ə.Hüseynzadə Tiflisə, babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib orada gimnaziya tələbəsi olanda da (1875-1885) ictimai-mədəni şüurun səviyyəsi təxminən belə idi. Doğrudur, Cəlil Məmmədquluzadənin yazdığı kimi, "az-az ayılanlar" var idisə, yenə də "xabi-qəflət qaranlığında Allahu Əkbər" sədasından başqa bir şey eşidilmirdi.
Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundovla babasının məclislərində tanış olan Ə.Hüseynzadə təbiət elmlərinə qədərsiz maraq göstərməyə başladı. Bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə gətirdi. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir və bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyir. O, burada da təqib olunur, çünki darülfünun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulmuş, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.
Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır.
Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".
Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan feyza Sənət Qaleriyasını açdı. fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 338 | Əlavə etdi: RDVB | Tarix: 12-Okt-10 | Şərhlər (0)

Şeyxülislam Əhməd Hüseynzadə Salyani

Dövrünün tanınmış və görkəmli din xsadimlərindən olan Axund Molla Əhməd Salyani 1812- ci ildə Salyanda anadan olmuşdur.Atası Məmmədəli Hüseynzadə Qafqazın  ilk Seyxülislamı olmuşdur. O,Salyanda ilk  mədrəsə təhsilini başa vurduqdan sonra Tiflisdə Qafqaz Ruhani məktəbinə daxil olmuşdur.Hələ Ruhani məktəbində oxuyarkən o, istedadlı və yüksək qabiliyyəti  ilə yoldaşlarından fərqlənmiş,ilahiyyat elminə böyük maraq göstərmişdir.
Nəcəfdə ali dini təhsil aldıqdan sonra Əhməd Səlyani Tiflis şəhərinə qayıdaraq Qafqaz Müsəlmanları Ruhani idarəsində işləməyə başladı.
Məlum olduöu kimi, XIX əsrin əvvəlləri və ortaları bütöv Qafqaz ölkələri üçün ən ağır və təbəddülatlı bir dövr idiş.1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay  müqavilələri əsasında Azərbaycan torpaqlarının iki hissəyə parçalanması cənubda İran rejminin, şimalda isə Rusiya imperiyasının müstəmləkəsinə çevrilmiş Azərbaycan məmləkətində geosiyasi dəyişikliklər meydana gətimişdi.
Şeyx Əhməd Salyani bu cür təzadlı dövrdə yaşayıb işləsə də hələ ilk gündən özünün qeyri adi istedadı, təvəzökarlığı və gözəl qabiliyyəti ilə seçilmiş, Şərqin dini mərkəzi sayılan Nəcəfül-Əşrəfdəki İslam universitetində əldə etdiyi yüksək nəzəri biliklərin elmi – dini izahını kamil əsaslarla təbliğ etməkdə davam etmişdir. 1862 – ci ildə imperator  II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya  Şüyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təstiq edir.Şeyxülislam dini rəhbər kimi o qədər də geniş səlahiyyətlərə malik deyildi.Bunu etmək üçün o mütləq çar məmurunun icazəsini almalı və onun münasibəti ilə razılaşmalı idi.
Nəhayət, onun və ondan əvvəlki şeyxülislamların uzun illər boyu apardıqları mübarizə bəhrəsini verdi. 1872-ci ildə şeyxülislamlıqla bağlı xüsusi çar fərmanı imzalandı.Bu fərmana görə,5 aprel 1872-ci ildə Zaqafqaziya Şiə Müsəlmanları ruhani İdarəsi və zaqafqaziya Sünni Müsəlmanları Ruhani idarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdı.Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndi və vəzifə səlahiyyətləri bir qədər də artdı.
1881-ci ildə mühüm xidmətlərinə görə Şeyxülislam Axund Əhməd Hüseynzadəyə 3-cü dərəcəli "Müqəddəs Vladimir ” ordeni verildi.
Şeyx Əhməd Salyani 1885- ci ilədək yəni 23 il bu vəzifədə çalışmışdır.
Şeyx Əhməd Salyani Qafqaz Müsəlmanları ruhani idarəsinə rəhbərlik etdiyi ilk illərdə, daha dəqiq desək ,1879-cu ildə Zaqafqaziyada Qori müəllimlər seminariyasının tatar (Azərbaycan) şöbəsinin açılmasına yaxından köməklik göstərmişdir.
Tədqiqatçı G.Məmmədzadə qeyd etmişdir ki, dövrünün görkəmli islamşünas alimlərindən olan Şeyx Əhməd Salyani həm də nəzəri biliklərə bacarıqla yiyələnmiş bir şəxsiyyət olmuşdur.Dini-mənəvi elmlərə dərindən yiyələnmiş   Şeyx Əhməd Salyani müxtəlif elmi fənlərə aid dərsliklər də yazmışdır. Elmi-dini əsərləri ilə yanaşı, o, "Dilguşə”, "Tərbiətül- ətfal ”, "Müəllimül - ətfal- fi – təriqe təlim ətfal”, Azərbaycan tarixindən və ədəbiyyatından bəhs edən "Bəsaül – nas-fi-məmləkətül-Qafqaz ” və "Tarixi-ədəbiyyatı- türki” adlı əsərlərinin müəllifi kimi məşhur idi.Bu əsərlərin bəziləri - "Dilguşə” ("Ürək açan”,1870), "Tərbiətül- ətfal ”("Uşaqların tərbiyəsi”1870), "Müəllimül - ətfal- fi – təriqe təlim ətfal”1875, əsərləri kitabça şəklində Tiflisdə litoqrafiya üsulu ilə çap edilmişdir.Onun Azərbaycan MEA-nın Əlyazmalar İnistitutunda saxlanılan əsəri  - "Müəllimül - ətfal- fi – təriqe təlim ətfal” əsəri Azərbaycan və fars dillərindədir.
Axund Əhmədin tarixə maarifə, ədıbiyyat tarixinə dair tədqiqatları bu gün də öz elmi əhəmiyyətini itirməmişdir. Onun ən böyük xidmətlərindən hesab olunan çətin və ağır zəhmət hesabına yazdığı Azərbaycan tarixindən bəhs edən " Bəsaül-nas-fi-məmləkətül-Qafqaz” və Azərbaycan dəbiyyatı tarixindən bəhs edən "Tarixi-ədəbiyyatı-türk” əsərləridir. " Bəsaül-nas-fi-məmləkətül-Qafqaz” adlı əsəridir.
Şeyx Əhməd Salyaninin ən böyük xidmətlərindən biri də nəvəsi Əli bəy Hüseynzadənin dahi şəxsiyyət səviyyəsinə yüksəlməsi yolunda çəkdiyi zəhmət, ona verdiyi mükəmməl və yüksək dərəcədə təlim – tərbiyə olmuşdur.

Şeyx Əhməd Salyani 1887-ci ildə Tiflis şəhərində vəfat etmiş və oradakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 354 | Əlavə etdi: RDVB | Tarix: 12-Okt-10 | Şərhlər (0)

1 2 »
SAAT
Block title
Giriş formu
Mini Profil
Qonaq

Mesajlar:

Qruppa:
Qonaqlar


Гость, Sizi görməyimizə şadıq. Sayta daxil olun və ya qeydiyatdan keçin!
Təqvim
«  Mart 2024  »
BeÇaÇəCaŞəBr
    123
45678910
11121314151617
18192021222324
25262728293031
İstifadəçilərimiz
  • RDVB
  • t-nadirova
  • Xeyal676
  • VuSaL
  • Mustafa
  • Usta-Əli
  • asel
  • Ceka
  • Rza
  • heart_killer
  • Dost saytlarımız

    Make by RDVB © 2024

    Используются технологии uCoz