Çərşənbə axşamı, 23-Apr-24, 16.00.56

Siz daxil oldunuz Qonaq | Qruppa "Qonaqlar"Sizi salamlayıram Qonaq | RSS
SALYAN

Əsas səhifə | Bloq | Mənim profilim | Qeydiyyat | Çıxış | Giriş

Saytın menyusu
Bölüm kateqiriyaları
Sayt xəbərləri [0]
Salyanın tanınmış şəxsiyyətləri [11]
Təbiətimiz [1]
Mətbəximiz [1]
Salyan Diolektologiyası [1]
Salyanın abidələri [3]
Şəhidlərimiz [0]
Tariximizi qoruyan muzeyimiz [1]
İndi onlayn

Роботов:3
Google[BOT] Yahoo
MSN

Cəmi onlayn: 1
Qonaqlar: 1
İsyifadəçilər: 0

20ка Посетивших пользователей:
Axtarış
Statistika

Saytda qeyd-dan keçənlər

Cəmi: 17
Ay ərzində: 0
Həftə ərzində: 0
Dünən: 0
Bu gün: 0

Onlardan

Administratorlar: 1
Moderatorlar:
Yoxlanilanlar: 0
İstifadəçilər: 12

Onlardan

Kişilər: 13
Qadınlar: 4

IP adresiniz
IP
...
Друзья

Salyan rayon Tarix Diyarşünaslıq Muzeyi haqqında.

Tarix Diyarşünaslıq Muzeyi 1981 – ci il yanvar ayının 10- dan fəaliyyət göstərir.
08 noyabr 1991-ci il tarixindən Azərbaycan Nazirlər Kabinetinin 371 № - li qərarına əsasən Salyan rayon Tarix Diyarşünaslıq Muzeyi görkəmli mütəfəkkir,ictimai xadim ,şair,nasir,həkim və tərcüməçi Əlibəy Hüseynzadənin adını daşıyır.
Muzey 2 mərtəbədən ,2 foyedən , 5 zaldan ibarətdir.

I foyedə - Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən materiallar toplanıb.Rəsm əsərləri münayiş etdirilir.
I zal – IX- XIX əsrlərə aid eksponatlar nümayiş olunur.
II foyedə - Salyanın görkəmli şəxsiyyətlərinin şəklləri və şəxsi əşyaları nümayiş etdirilir.
II zal – 1918 - 1920 –ci illəri əhatə edən Azərbaycan Xalq Cümhurəyyətinin yaranması və onun süqutunu əks etdirən fotoşəkillər nümayiş etdirilir.
III zal - 1920-1941- ci illəri əhatə edən savadsızlığın ləğvi, kalxoz və savxozların yaranmasından behs edir.
IV zal – 1941- 1993 –cü illəri əhatə edən ,müharibələri əks etdirən stendlər və müharibə iştirakçılarının şəkilləri nümayiş olunur.

V zal – Mərhum Prezidentimiz,Ümummilli Liderimiz Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən şəkillər nümayiş etdirilir.

I Foye

Əlibəy Hüseyzadənin büstü


Ə.Hüseynzadə qohumları ilə birgə şəkilləri, məqalə və yazılar.


Şeyxülislam Əhməd Salyani

Ə.Hüseynzadənin babası.


"Həyat" qəzetinin 1-ci nüsxəsi 1904-cü ildə dərc olunub.


I Zal

Zalın ümumi görünüşü


Bu qablar gündəlik məişətdə istifadə edilib. Bunlardan su gətirmək üçün farş, badya, dolça, qulplu aşsüzən, satıl, cam, samavar, abgərdan, kasa, çölmək, qazan, tava və s. əşyalar daxildir.


Cəhrə və yun daramaq üçün daraq


Çini qablar


VI-VII əsrlərə aid gil qablar. nehrə, küp, su dolçaları, gil çıraqları.


XII-XIII əsrə məxsus boyalı qab qırıntıları. Şirli qablar.


Körük-mis qabları qalaylamaq üçün.


XIX-əsrə aid mis və kağız pullar


Şamdanlar, küçə fənəri, ləpə üyütmək üçün qab, məişət əşyaları.


Qədim geyim əşyaları


Salyanın qədim adət-ənənələrini əks etdirən tablo


Muğan təbiətini əks etdirən güşə


Foye II

Salyan rayonunun tanınmış ziyalıları, şairləri, aşıqları, ictimai xadimləri yerləşdirilmişdir.


II Zal

Məmmədəmin Rəsulzadə. Xalq Cümhurriyyətinin yaranması və süqutu haqqında.


III Zal

1920-1941- ci illəri əhatə edən savadsızlığın ləğvi, kalxoz və savxozların yaranmasından behs edir.


IV Zal

1990-1993-cü illərdə Şəhid olmuş insanların şəkil və əşyalarından.


V Zal

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillər və kitablar..


Kateqoriya: Tariximizi qoruyan muzeyimiz | Baxılıb: 713 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Ümummilli Lider Heydər Əliyevin heykəli

İctimai xadim, alim, tərcüməçi, böyük mütəfəkkir Əlibəy Hüseynzadənin heykəli

Xalq şairi Xəlil Rza Ulutürkün və Milli Qəhrəman Təbriz Xəlilbəylinin barelyefi

Şəhid Anası abidəsi

Milli qəhrəman Nazim Babayevin büstü

Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun büstü

Din xadimi Ağa Mirbağır Ağazadənin barelyefi

31-Mart Azərbaycanlıların soyqırımı gününə Xatirə abidəsi.

20-Yanvar faciəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə.

Rayonumuzda və kəndlərdə1941-1945-ci il faşizm üzərində "Qələbə" günü xatirəsinə ucaldılmış abidələr

Kateqoriya: Salyanın abidələri | Baxılıb: 391 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Babazanlı arxeoloji tapıntılar.

Ehtimal olunur ki, buradakı tapıntılar 1918-ci ildə Erməni soyqırımı zamanı şəhid olanların məzarlarıdır.

Kürsəngə arxeoloji abidələri

    Salyan şəhərindən 30 km şimal şərqdə yerləşən "Kürün səngidiyi yer” mənasını verən Kürsəngə, hündürlüyü 77 metrə çatan Cənub - Şərqi  Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olmuşdur. Təpənin şərqində və cənubunda çox sayda yer üzərində qalaqlanmış kərpic qırıqları və yaxud 5-6 m. diametrli 23 x 23 x 5 ölçüdə qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikili qalıqları mövcuddur. Həmin ərazilərdə şirli və şirsiz qab parçalarına rast gəlinir. Buda onu göstərir ki, bu ərazidə böyük yaşayış yeri mövcud olmuşdur.


Təpənin cənubunda əhəng daşından qəbr daşlarının parçalarına rast gəlinir.Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub.Hal-hazırda təpənin üstündə kənd qəbrstanlığı yerləşir.Qəbrstanlıqda XVIII, XIX, XX əsrlərə aid olan qəbrlərin başdaşı və sənduqələri üzərindəki kitabələr kənd əhlisinin tarixi keçmişini, adət-ənənəsini qoruyub saxlamasının bariz nümunəsidir.
Kənd əhalisinin bildirdiyinə görə bu ərazidə qəbr qazılarkən tuncdan hazırlanmış bəzək əşyaları ilə birgə dəfn olunmuş sümüklər çıxır.Buda bu ərazidə eramızdan əvvəl də yaşayışın olduğunu göstərir.Tarix və mədəniyyətimizi özündə əks etdirən abidələrimizi qorumaq hər bir vətəndaşın borcudur.

Qırxçıraqda aparılmış arxeoloji qazıntılar
  
     Burada 1960-cı illərdən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılmışdır. Arxeoloji araşdırmalar göstərir ki, yaşayış yeri (sahəsi 16km2) Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar aparılmaqla bu şəhərin XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatının mövcudluğu sübut edilmişdir. Qazıtılar zamanı 12-14 əsrlərə aid şirli və şirsiz, saxsı məmulatlar, xəncər tiyəsi, Cəlairilər, Elxanilər, Qıxıl Orda xanları, Qaraqoyunlulara aid sikkələr tapılmışdır.

Kateqoriya: Salyanın abidələri | Baxılıb: 410 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Abdulsəməd Məscidi

Məscidi Abdulsəməd hicri qəməri tarixi ilə 1323, miladi 1903 ci ildə inşa etdirib . Məscid Təvəkkül Sultanov və Təbriz Xəlilbəyli küçələrinin tinində yerləşir.

Abdulsəməd Məscidi

 

 

 

 

Cümə məscidi

1865-ci ildə Usta Kəlbəlayi Hacı Mehdinin oğlu Ağa Hüseyinin adına tikdirmişdir. Hal-hazırda mısciddə əsaslı təmir işləri aparılır. Məscid H.Əliyev küçəsində yerləşir.

Cume

Cümə Cümə

Hacı Tağı Məscidi

Hacı Tağı Məscidi hicri qəməri tarixi ilə 1327, miladi tarixi ilə 1907-ci ildə inşa etdirib.

Hacı Tağı Məscidi Hacı Tağı Məscidi

Hacı Tağı Məscidi

Hacı Tağının evi

Bina 19-cu əsrin əvvəllərində Hacı Tağının atası tərəfindən inşa etdirilib. Bina Mirzağa Quluzadə küçəsində yerləşir.

Sarı Seyidan piri

Türbə 1721-ci ildə şəhid olmuş Seyid Saləddinin məzarı üzərində inşa olunub.

Milyonçu Mirxalıq Abdullayevin evi

1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib.

Tacir Abbas Hüseynovun evi

Bina 1914-cü ildə inşa etdirilib. Salyan şəhər Əliağa Kürçaylı küçəsində yerləşir.

Kateqoriya: Salyanın abidələri | Baxılıb: 471 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

  • Abbaş –  suçiləyən
  • Abxor – su içilən qab
  • Acxəmrə - xəmir maysı
  • Afamaşır – göz görə-görə
  • Ağcaqız – üzüm növü
  • Ağürəy – qorxaq
  • Axça – balıqların üzərində olan pulçuq
  • Alınnığ – alına bağlanan yaylıq
  • Altdanyuxarı – tavan
  • Ammur – acgöz
  • Anqarəb – tez- tələsik
  • Aran – saran – çox az, az-maz
  • Aşd – dinc,sakit
  • Aşığçı – musiqi üçlüyü
  • Ayaqaltı- pilləkən
  • Ban – baca, evin damında açılan nəfəslik
  • Bərəçə - kiçik arx
  • Bəriyah – gəmilərin duracaq yeri
  • Bəssülkət – səbirsiz
  • Bəybaşı – kampaniya şəkilində kişi toyu
  • Bəsəvar – bəlkə
  • Bıbış – şanapipik
  • Bıdama – kəsilmiş ağac budaqları
  • Bılış – ördək balası
  • Bibırım – bir az, bir dəfə
  • Bicilo – bir dəfə
  • Bildriçinbıdı – armud növü adı
  • Birəlli- su qabı, su içmək üçün qab
  • Bizaya – gərəksiz, yararsız
  • Boz – həyasız
  • Bütrüm – bütöv
  • Cannığ – sırıqlı
  • Canhövlü – tələsik
  • Cıbıldız – çevik
  • Coğa – tayfa, nəsil
  • Cü:r – çayın alçaq çökək sahili
  • Çayrız – çay qabı
  • Çəm – fürsət
  • Çəmin tapmaq – ustalıqla yanaşmaq
  • Çəp – avar
  • Çəpər – çubuqdan düzəldilmiz divar
  • Çırpaquc – yun çubuğu
  • Çona – kiçik çala
  • Dağal – cığal
  • Dağar – lovğa
  • Dalısürə - ardınca,dalınca
  • Dammılı – gavalı növü
  • Danqaz ,danqazdığ – dikbaş, dikbaşlıq
  • Dəfi:də - tez,cəld
  • Dələngavaz – iri,nəhəng
  • Dəssiri – qayda ilə, üsulu ilə, kimi
  • Dəydalı – tələsik
  • Dıbırçıllık – gödək adam
  • Dilbaz – dilli – dilavər
  • Donca - balıq tutmaq üçün tor
  • Döşəmə -  ev və ya tövlənin torlərinin üstünə döşənən şax çubuq
  • Erkəç – yaşlı erkık keçi
  • Eycahan – asudə, boş
  • Əbrəvan – tənzif
  • Əccə - key
  • Əjdim – çox duzlu, şor
  • Əlçim -  I - əl boyda daranmış yun ,II – ovuc
  • Əliğına – səliqəsiz
  • Əllig – I - təndirdın çörək çıxarmaq üçün qolçaq  II – misdən hazırlanmış su qadı
  • Əmbərə - dayaz axr
  • Əmmiz – taxıl topası
  • Əmraz :əmraziya gəlmək – boya – başa çatmaq
  • Əncələşdirmək – döymək, əzişdirmək
  • Əncivənc – dağınıq
  • Ətməni – aciz
  • Əvələn – gəvələn : danışmaq – Boş-boş danışmaq
  • Əyağaltı –  I – kandar , II – balaca kətil
  • Əyrəmçə - ensiz qaşlı üzük
  • Əzzavara – aciz
  • Farış – səhəng
  • Firitdəməx1 – qızışdırmaq
  • Gəlinaldadan – heyvanlarda mədəcik
  • Gəndədamağ – gözütox
  • Gərdənnig – boyun-bağı növü
  • Gətirgə -ağacda əmələ gələn yapışqan
  • Gəvərə -boşboğaz
  • Gildir – gildir – gilə-gilə, damcı-damcı
  • Girdənək – yumuru
  • Girvə - şaxta
  • Gödəlbə - çox yeyən
  • Gülçünnüg – şənlik
  • Güləngəriş – eyvan
  • Güşat – ağzıaçıq çəllək
  • Haxçı – haqsevən
  • Haqdus – zəhmət çəkmək, işləmək
  • Hapıtdı – tələsik
  • Havasat – iqlim, ab-hava
  • Həfgə - uzunçu – çoxdanışan
  • Həngamdar – suçu
  • Hənö:r – təndir və ya ocaq sonenden sonra qalan istilik, hərarət
  • Hərə - cərgə, nəfər
  • Horanda – israfçı
  • Hor –hori – üzülmüş, (parça)
  • Hortdağ – ovurtdaq , yanaq sümükləri
  • Hörüx1 - heyvanı bağlamaq üçün uzun ip, kəndir
  • Hünü – ağcaqanad
  • Xanda – toya dəvət edilən adama verilən şirniyyat
  • Xara – kiçik dərz tayası
  • Xəlbirək – yabani yemiş
  • Xərc – xəcalər – cehiz
  • Xətmi – gavalının bir növü
  • Xandaçı – doya dəvət edən qadın
  • Xıpa – qısa boy adam
  • Xirtdəklik – boyunbağı
  • Xüyyər – bihuşdarı
  • İlğım – sərab
  • İlmanqı- ilıq
  • Irəşənə - rişə, kök (ağacda)
  • Keçiqıran – soyuq
Kateqoriya: Salyan Diolektologiyası | Baxılıb: 809 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (9)

Doğramac

Tərkibi: Qatıq, xiyar, çörək,şüyüd.

Hazırlanması

1 banka qatığa 3 ədəd xiyar xırda doğranılır, şüyüd doğranılır, çörək doğranılıb əlavə olunur və qarışdırılır.                                      

    Balıq buğlaması

Tərkibi: 1 kq balıq,1dəstə şüyüd,bir dəstə göy soğan, 1dəstə keşniş, 1 dəstə kəvər.

Hazırlanması

Balıq tikələrə bölünür və tavaya yığılır.Üzərinə xırda doğranmış göyərtilər əlavə olunur. 2 xörək qaşığı qatıq çalınır, duz, istiot, 1 xörək qaşığı sirkə əlavə olunub vam istilikdə bişirilir.

     Səbzi qovurma


Tərkibi: 1kq qoyun əti, 2 ədəd baş soğan, şüyüd, keşniş (səbzi), göy soğan,kəvər.

Hazırlanması

Ət tikələrə bölünüb, qaynadılır.Bişməyinə 15 dəqiqə qalmış ət sudan çıxarılır. Soğan doğranılıb, yağda qovrulur.Qovrulan zaman ət əlavə olunur, üzərinə xırda doğranmış göyərtilər, duz, istiot vurulub, qovrulur. Sonra ətin bulyanu ətin üzərinə əlavə olunur. Yemək qaynara düşən zaman yemək hazır olur.
Səbzi qovurma süfrəyə qatıqla verilir.

       Cücə çığırtması

Tərkibi: 1 ədəd cücə, 3 ədəd baş soğan, 7 ədəd yumurta, duz, istiot, limon cövhəri, sarıkök.

Hazırlanması

 Cücə doğranır, tavaya yığılır və ağzı bağlanır.Öz buğunda bir az bişirilir.Suyu çəkilən zaman doğranmış soğanla birlikdə qovrulur.Tam qovrulduqdan sonra yumurta çalınıb, vurulur.Qovurarkən duz, istiot, sarıkök,limin cövhəri vurulur.

Balıq doldurması

Tərkibi: 1 ədəd xəşəm balığı,300qr kişmiş, 300qr qaysı qurusu, 300qr qoz,1 ədəd soğan.

          Hazırlanması 

Balıq təmizlənir.Qarnı açılır, təmizlənir.Soğan xırda doğranılır, yağda qovrulur.Kişmiş,doğranmış qaysı və qoz soğanın üzərinə əlavə olunub qarışdırılır.

Balığın qarnı bir az duzlanır, hazırlanmış içlik qoyulur və balığın qarnı tikilir, sonra balığın quyruğu ilə başı maili istiqamətdə tikilir.
Balığın üzərinə tomat pastası çəkilir, listə qoyulub sobada bişirilir.

  Narnumuru

Tərkibi: 2 ədəd baş soğan, 2 ədəd nar, 4 yumurta, duz, istiot.

Hazırlanması


Soğan doğranılır,qovrulur. Üzərinə dənələnmiş nar əlavə olunur, qovrulur.Suyu çəkilib yağa düşdükdə yumurta bütöv üzərinə vurulur,vam istilikdə bişirilir.

Şor balıq

Tərkibi: 1 kq duza qoyulmuş balıq, 2 ədəd soğan, 3 ədəd

pomidor,350 qr alça (göyəm,zoğal,turş nar), duz, istiot, giləmirzə və nanə,2 xörək qaşığı duru yağ.

Hazırlanması


Duza qoyulmuş balıq yuyulur və suda saxlanılır.2-3 saat ərzində suyu dəyişilir.Soğan doğranılır, duru yağda qovrulur,alça doğranılır, pomidor doğranılır, soğanın üzərinə əlavə olunur.Sonra duz,istiot zövqə görə, giləmirzə və nanə vurulub qarışdırılır.Parça üzərinə əncir yarpağı yuyulur düzülür.Balıq üzərinə qoyulur və qarışıq əlavə olunub bükülür.Qazana su əlavə olunur, dəmir sizgəc qazana qoyulur,balıq süzgəcə qoyulur,qazanın ağzı bərk bağlanır,buğda bişirilir.
Balığı qarpız, qatıq və yaxud xüsusi hazırlanmış doğramacla süfrəyə vermək olar

İçkilər                                     

 Ovşala

       Tərkibi: 1 litr suya  6x/q şəkər tozu, 4x/q  araqnanə əlavə olunub qarışdırılır.

Araqnanənin hazırlanması:Böyuk  mis qazan götürülür.2-3 dəstə göy nanə(ancaq cöplərindəndə istifadə edilə bilər) qazana düzülür üzərinə üzüm sirkəsi əlavə olunur.Sirkə nanənin üzərini örtməlidir.Qazanın ortasına kasa qoyulur.Qazanın agzına isə dərin qab qoyulur(qabın ətrafı parca ilə örtülürki içinə hava keçməsin).Qazanın ağzına qoyulan qabın içinə su tökülür və qazan vam odun üstünə qoyulur.Qabın içinə tökülən su tez-tez yoxlanılır,əgər su qızıbsa dəyişilib soyuq su ilə əvəz olunur.Arabir qab götürülüb qazana baxılır və kasanın içində araqnanə adlanan maye əmələ gəlir.Kasa dolarsa  mayenin kasanın içindən götürüb şüşə balona(butulkaya) boşaltmaq lazımdır.Qazanda sirkə bitincə araqnanənin hazırlanması davam edir.

Şirniyyatı

Nabat

Tərkibi

1 kq toz - şəkər, 1st su, yeyinti boyağı (çəhrayı, sarı).

Hazırlanması

            Nabat hazırlamaq üçün xüsusi dəmir forma yağlanır, onun tutumundan asılı olaraq 1 kq-dan 7 kq-a qədər toz –şəkər götürülür,hər kiloqram şəkərə 1 st su əlavaə edilib qaynadılır, kəfi yığılır və yumşaq karamel nümunəsinə kimi bişirilib qaynar-qaynar formaya tökülür və üzərinə vanil vurulur.70-800C tempuraturda soyudulur.Karamel kütləsi bir qədər övkələnir, dartılır və baton şəkilində kəsilir.
Qeyd: Zövqdən aslı olaraq nabat rəgli də ola biler.Bu zaman hazırlanmış karamele yeyinti boyağı əlavə edib və istədiyin formaya salmaq olar.

Kateqoriya: Mətbəximiz | Baxılıb: 1112 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

                        1

 

Ovçu insaf eylə keçmə bu düzdən
O çöllər qızını ayırma bizdən
Qoyma ağrı keçə ürəyimizdən
Qoyma öz qanına boyana ceyran
Nə gözəl yaraşır Muğana ceyran!

Səməd Vurğun

 

Salyan rayonunda ərazisi 51529 hektar olan Şirvan Milli Parkı, ərazisi 4208 hektar olan Şirvan Dövlət Təbiət Qoruğu və ərazisi 530 hektar olan meşə zolaqları mövcuddur. 
Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli 1298 nömrəli sərəncamı ilə Bakı şəhərinin Qaradağ,Salyan və Netçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılmışdır.
Ölkəmizdə rayon ərazisində ilk dəfə yaradılmış Şirvan Milli Parkında mühafizə olunan ceyran və quşların yaşamasında ərazinin biomüxtəlifliyi, florası, həmçinin bitki örtüyü mühüm əhəmiyyət kəsb edir. Şirvan Milli Parkında məməli heyvanlardan ceyran, safsar, çöl pişiyi, çaqqal, canavar, tülki, dovşan və sair vardır. Bundan başqa parkda həşarat yeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, quldenşdet qonur dişli vardır. Yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və külli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və sair vardır. Gəmiricilər dəstəsindən ictimai çöl sicanı, qara və boz siçovullar, qırmızı qumm siçanı, kiçik və asiya ərəbdovşanları vardır.
Dovşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi və çöl pişiyi vardır. Kürəkayaqlılardan xəzər suitisi, cütdırnaqlılardan çöl donuzu və ceyran məməlilərin əsasını təşkil edir. 
Parkda 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası, kiçik asiya qurbağası və göl qurbağacıqları qorunub saxlanılmaqdadır. Parkda həmçinin 17 növ qorunub saxlanılan sürünən heyvanlar vardır. Bunlardan 3 növ tısbağa, 6 növ kərtənkələ və 8 növ ilanlardır. Tısbağalardan Aralıqdənizi və quru tısbağası, bataqlıq və ya çay tısbağası mövcuddur. Kərtənkələrdən Xəzər dekkonu, koramal, cəld kərtənkələ, rəngbərəng kərtənkələcik, zərif ilanbaş kərtənkələ. İlanlardan Kor ilan, adi suilanı, suilanı, zeytuni təlxə, qırmızı təlxə, xaltalı eyrenis, kələz ilan, cənubi və qafqaz gürzəsi vardır. Şirvan Milli Parkında 230 biomüxtəliflik növdə quş qeydə alınmışdır. Bu zənginlik Milli Parkın miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır. Milli Parkda quşların yaşayış biotopları yovşanlı-şoranlı, yovşanlı-efemerli, müxtəlifotlu-dənli-efemerli və digər bitki formasiyaları ilə örtülü olan yarımsəhralardan, sahəsi 4000 ha olan Böyük və kiçik çala (Qızılqaz qaz-Flaminqo) göllərin açıq su sahələrindən, qamış və qarğılıqlardan, açıq bataqlıq sahələrindən, Xəzər dənizinin sahil sularından, sahilində ensiz zolaq şəklində uzanmış laqunadan və nəmli qumsallıqlardan ibarətdir. 
Böyük və Kiçik Çala (Qızılqaz-Flaminqo) gölləri XX əsrin 50-ci illərində Milli Parkın ərazisindən keçən Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmiş və su bataqlıq quşların yaşayışı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Lakin 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq, göllərə su daxil olmaması, nəticədə 2000-ci ilədək onlar tamamilə qurumuşlar. 2002-ci ildə Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göllərə suyun vurulması bərpa edilmişdir. 2003-cü ilin yanvarında Böyük və Kiçik Çala göllərində qızılqaz 2390, Xəzər dənizi sahil zolağında isə 4983 fərd su-bataqlıq quşu qeydə alınmışdır.

Kateqoriya: Təbiətimiz | Baxılıb: 899 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

QASIMOVA Xuraman Əkrəm qızı

QASIMOVA Xuraman Əkrəm qızı (d.6.6.1951, Bakı) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1986). Azərb. Dövlət mükafatı laureatı (1984). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1975). 1976 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka ad. 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas ad. Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən prof.). 1994 ildən İstanbul Dövlət Un-ti konservatoriyasının prof.-dur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Filmoqrafiya
1. Gələcəyin Qurucuları (1982)
2. Həyat Bizi Sınayır (1972)
3. Kədərimiz... Vüqarımız... (1998)
4. Kinorejissor Həsən Seyidbəyli (2002)
5. Maestro Niyazi (2007)
6. Mən ki Gözəl deyildim (1968)
7. Nəğməkar Torpaq (1981)
8. Qaraca Qız (1966)(Kinoalmanax)
9. Ürəkdən Ürəyə (2007)
10. Üzeyir Ömrü (1981)
11. Zəng (1995)

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 379 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Fidan Əkrəm qızı Qasımova

Fidan Əkrəm qızı Qasımova 1947-ci il iyun ayının 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.Hələ uşaq yaşlarından musiqi sənətinə, müğənniliyə böyük həvəs göstərən Fidan Qasımova ilk vokal təhsilini Bakı şəhərindəki Bülbül adına Musiqi məktəbində almışdır.daha sonra o, 1966-ci ildə Üzeyir Hacıbıyov adına Azərbaycan Dövlət Konservatoriyasının eyni zamanda iki şöbəsinə- simli alətlər və vokal siniflərinə daxil olur.Burada o professional musiqi nəzəriyyəçilərindən kamil təhsil alır,simli alətlər üzrə professor Sərvər Qəniyevin, vokal üzrə isə dosent İ.A.Lvovçin sinfində oxuyur.Fidan Qasımova 1971-ci ildə skripka simli alətləri,1972-ci ildə isə vokal sənəti üzrə ali təhsil alır.Bundan sonra o, 1972- 73-cü ilin iyulunda P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alır. Qeyd etmək lazımdır ki, o, hələ tələbəlik illərində vokal müsabiqələrində fəal iştirak etmiş,1973-cü ildə cenevrədə keçirilən II Beynəlxalq müsabiqədə gümüş medala layiq görülmüş, 1975-ci ildə Hertogenbosda yenə də Beynəlxalq müsabiqədə diplomla mükafatlandırılmışdır.1974-cü ildən başlayaraq Fidan Qasımova Azərbaycan Dövlət opera və Balet teatrının baş solisti kimi milli və dünya opera sənətinin repertuarlarına daxil olan şedevr əsərlərdəki partiyaların mahir ifaçısı kimi şöhrət qazanmışdır.Fidan Qasımovaya 25 yaşında SSRİ xalq artisti, 26 yaşında isə professor adı verilmişdir. Resp. xalq artisti (1982), SSRİ xalq artisti (1988). Azərb. Resp. Dövlət mükafatı laureatı (1984). Azərb. Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir. İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərb. qadın müğənnidir. 1974 ildən Azərb. Opera və Balet Teatrının solistidir. Partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. Repertuarına Azərb. (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərb. xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir. 1974 ildən Azərb. Dövlət Konservatoriyasında dərs deyir (1990 ildən prof."). 1992 ildən istanbul Dövlət Un-ti Konservatoriyasının prof.-dur. Xarici ölkələrdə (Çexoslovakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olmuşdur. Kinoda çəkilmişdir ("Torpaq. Dəniz. Od. Səma"). Azərb.-ın Şöhrət ordeni ilə təltif edilmişdir.
• Müğənni Xuraman Qasımovanın bacısıdır.
Filmoqrafiya
1. Kədərimiz... Vüqarımız... (1998)
2. Maestro Niyazi (2007)
3. Rəşid Behbudov 20 İl Əvvəl (1996)
4. Torpaq. Dəniz. Od. Səma (1967)
5. Üç Eskiz (1978)
6. Ürəkdən Ürəyə (2007)
7. Üzeyir Ömrü (1981)

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 361 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

Xəlil Rza Ulutürk


Azadlığı istəmirəm,zərrə-zərrə qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,qram,qıram
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!
Çəkil,çəkil ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!

Ardını oxu.....

Kateqoriya: Salyanın tanınmış şəxsiyyətləri | Baxılıb: 470 | Əlavə etdi: RDVB | Tarix: 13-Okt-10 | Şərhlər (0)

1 2 »
SAAT
Block title
Giriş formu
Mini Profil
Qonaq

Mesajlar:

Qruppa:
Qonaqlar


Гость, Sizi görməyimizə şadıq. Sayta daxil olun və ya qeydiyatdan keçin!
Təqvim
«  Aprel 2024  »
BeÇaÇəCaŞəBr
1234567
891011121314
15161718192021
22232425262728
2930
İstifadəçilərimiz
  • RDVB
  • t-nadirova
  • Xeyal676
  • VuSaL
  • Mustafa
  • Usta-Əli
  • asel
  • Ceka
  • Rza
  • heart_killer
  • Dost saytlarımız

    Make by RDVB © 2024

    Используются технологии uCoz